Image

1,4 milyon hektar əkin sahəsinin 80%-dən çoxu taxıl sahələridir

Azərbaycanda ümumi 1,4 milyon hektar əkin ərazisinin 1 milyon hektara yaxını, yəni 80%-dən çoxu taxıl sahələrinin payına düşür.

Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Əliyeva-Məmişova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin əkin sahələrinin böyük hissəsini taxıl sahələri təşkil etdiyindən, Aqrar Sığorta Fondunun sığorta portfelində də taxıl sahələrinin payı yüksəkdir. Bu səbəbdən də sığorta hadisələri və dəymiş zərərlərin əhəmiyyətli hissəsi taxıl sahələri ilə bağlı olur.

“Ümumi ölkənin 1,4 milyon hektar əkin ərazisinin haradasa 1 milyon hektarını, yəni 80%-dən çoxunu taxıl sahələri əhatə edir. Aqrar Sığorta Fondunun portfelinin böyük əksəriyyətini də taxıl sahələri təşkil etdiyinə görə zərərlərin daha çox hissəsi taxıl sahələrinə dəymişdir”, – deyə Fond rəsmisi bildirib.

Ləman Əliyeva-Məmişova qeyd edib ki, sığortalanmanın əhatə dairəsi ildən-ilə genişləndikcə meyvə bağları ilə bağlı zərər müraciətlərinin sayı da artır.

Onun sözlərinə görə, xüsusilə 2025-2026-cı illərdə meyvə bağlarından dəymiş zərərlərlə bağlı Fondun ünvanına kifayət qədər müraciət daxil olub.

“Bu il yağıntılar nəticəsində gilas, badam, heyva və digər meyvə bağlarına zərər dəyməsi ilə bağlı xeyli müraciətlər daxil olub”, – deyə Ləman Əliyeva-Məmişova əlavə edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah hava necə olacaq?