Image

Fermerlərə 29 milyon manat sığorta ödənişi nəzərdə tutulub – 23,7 milyon manat artıq ödənilib

Aqrar Sığorta Fondu yarandığı dövrdən bu günə qədər fermerlərə ümumilikdə 29 milyon manata yaxın sığorta ödənişinin verilməsi nəzərdə tutulub. Bu məbləğin 23,7 milyon manatı artıq ödənilib, qalan təxminən 6 milyon manatın isə sənədlər toplandıqdan sonra ödənilməsi planlaşdırılır.

Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Əliyeva-Məmişova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2026-cı il ərzində fermerlərdən Fonda kifayət qədər müraciət daxil olub. Müraciətlərin əksəriyyəti yağıntılı hava şəraiti, dolu, sel və subasma riskləri ilə bağlı olub.

“Son statistikaya əsasən, bu il ərzində 383 fermerdən 7066 müraciət daxil olub. Söhbət ümumilikdə 77 min hektar əkin sahəsindən gedir. Bunun 60 min hektarı yağıntı, dolu, sel və subasma riskləri ilə bağlı olub”, – Ləman Əliyeva-Məmişova bildirib.

O qeyd edib ki, dəymiş zərərlərin həcmi Fond tərəfindən müəyyənləşdirilib və yekun ekspertizalar artıq başa çatıb.

“İl ərzində sırf bu risklərlə bağlı təxminən 4,5 milyon manat sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulur”, – sədr müavini əlavə edib.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti

Sabah hava necə olacaq?