Image

Ferstappen Şumaxer və Hemiltonun rekordunu təkrarladı

"Red Bull" komandasının niderlandlı sürücüsü Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının IX yarışının Kanada Qran - Prisinin qalibi olub.

BAKU.WS "Associated Press"ə istinadən xəbər verir ki, Ferstappen "Formula 1" tarixində ardıcıl üç dəfə Kanada Qran Prisini qazanan (2022-2024) üçüncü pilot olub.

Bundan əvvəl yalnız Mixael Şumaxer (2002-2004) və Lyuis Həmilton (2015-2017) bununla öyünə bilirdi.

Bundan əlavə, Ferstappen ümumi sıralamada yalnız Şumaxer (91) və Hemiltondan (103) geri qalaraq, karyerasında 60-cı qələbəsini qazanıb.

Bununla belə, 2021-ci ildən üçqat dünya çempionu son 75 yarışın 50-də qalib gəlib.

Orxan Hüseyn BAKU.WS

Xəbər lenti

Xəzərdə zəlzələ olub