"Qalatasaray" və "Fənərbağça" istədi, onlar isə aldı - FOTO
Adı "Fənərbağça" və "Qalatasaray"la hallanan Rafa Silva Səudiyyə Ərəbistanı klubuna transfer olunmağa hazırlaşır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Əl-Şəbab" bir müddət əvvəl portuqaliyalı futbolçu ilə 3 illik müqavilə imzalayıb.
Rafa Silvanın "Əl Şabab"a transferi ilə bağlı rəsmi açıqlamanın gözləndiyi bildirilib.
Uzun illər “Benfika”da çıxış edən təcrübəli futbolçu Rafa Silva Portuqaliya təmsilçisinin heyətində 326 matçda 94 qol vurub, 79 məhsuldar ötürmənin müəllifi olub.
BAKU.WS