Image

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 2 869 ton taxıl göndərilib

 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl tədarükü həyata keçirilib.

20 vaqondan ibarət 1 400 ton arpa və 21 vaqondan ibarət 1 469 ton buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

Bununla Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə göndərilən taxılın ümumi həcmi 60 min tona yaxınlaşıb. Bundan əlavə, indiyədək 9 min tondan çox gübrə, 1 414 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 608 ton taxta daşınıb.

Eyni zamanda, Azərbaycandan Ermənistana indiyədək 17 min tona yaxın dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

Yüklərin Azərbaycan ərazisindən tranziti regionda nəqliyyat və ticarət əlaqələrinin bərpası fonunda həyata keçirilir.

Mənbə: anews.az

Xəbər lenti

Xəzərdə zəlzələ olub