AIDA və TİKA arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd Bakıda AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş “Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsi” mövzusunda konfrans çərçivəsində imzalanıb.
Memorandumu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və TİKA-nın rəhbəri Abdullah Eren imzalayıblar.
Sənəd iki qurum arasında beynəlxalq inkişaf və humanitar yardım sahələrində əməkdaşlığın genişləndirilməsi üçün çərçivə yaradır.
Mənbə: anews.az