Image

“AzInTelecom” media nümayəndələri üçün süni intellekt təlimi keçirib

 

 AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC media nümayəndələri üçün “Qələmdən süni intellektə” mövzusunda təlim təşkil edib.

Təlimdə 40-a yaxın jurnalist iştirak edib. Tədbirdə “AzInTelecom”un rəqəmsal xidmətlər sahəsində fəaliyyəti, milli data mərkəzləri, superkompüter infrastrukturu və kibertəhlükəsizlik həlləri barədə məlumat verilib.

Həmçinin SİMA ekosistemindəki yeniliklər və funksionallıqlar təqdim olunub, platformanın rəsmi maskotu “Simi” jurnalistlərə tanıdılıb.

Təlimin praktiki hissəsində ənənəvi mediadan rəqəmsal kommunikasiyaya keçid və bu prosesdə süni intellekt alətlərindən istifadə imkanları müzakirə edilib. Media nümayəndələrinin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda mini viktorina keçirilib və qaliblər mükafatlandırılıb.

“AzInTelecom” bildirib ki, təşəbbüsün məqsədi media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları üzrə biliklərini artırmaq və Azərbaycanda rəqəmsal xidmətlərin daha geniş işıqlandırılmasına dəstək verməkdir.

“AzInTelecom” rəqəmsal xidmətlər, data mərkəzi, bulud texnologiyaları və kibertəhlükəsizlik həlləri sahəsində fəaliyyət göstərir.

Mənbə: anews.az

Xəbər lenti

Xəzərdə zəlzələ olub

Şəmkirdə avtomobil yanıb