Image

2026-cı il Nobel mükafatı qaliblərinin elan olunma tarixləri açıqlandı

2026-cı il üzrə Nobel mükafatı laureatlarının elan olunacağı tarixlər məlum olub. Mükafat komitəsinin cədvəlinə əsasən, builki təqdimatlar 5–12 oktyabr tarixlərində baş tutacaq və qurumun rəsmi rəqəmsal platformaları vasitəsilə canlı yayımlanacaq.

Təqvimə əsasən, qaliblər aşağıdakı ardıcıllıqla elan ediləcək:

5 oktyabr — Fiziologiya və ya tibb

6 oktyabr — Fizika

7 oktyabr — Kimya

8 oktyabr — Ədəbiyyat

9 oktyabr — Nobel Sülh Mükafatı

12 oktyabr — İqtisadi elmlər

Laureatların rəsmi mükafatlandırma mərasimi ənənəvi olaraq Alfred Nobelin vəfat etdiyi gün — 10 dekabr tarixində Stokholmda keçiriləcək. Mərasimdə qaliblərə Nobel medalı, fərdi diplom və pul mükafatını təsdiqləyən sertifikat təqdim olunacaq.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti

Xəzərdə zəlzələ olub

Şəmkirdə avtomobil yanıb