Zelenskinin təyyarəsi Moldovadan uçarkən PUA ilə vurulma təhlükəsi ilə üzləşib
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan Osloya uçarkən pilotsuz uçuş aparatının (PUA) zərbəsinə az qala məruz qalıb.Bunu Norveçin Baş naziri Yonas Qar Störe deyib.
“Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən az qala PUA tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq budur”, – Störe bildirib.
Zelenski Osloya Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün səfər edib.
Mənbə: anews.az