Ronaldo: "Bunun arzusu ilə yaşayıram" - VİDEO
Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldo İrlandiya millisinə qarşı yoldaşlıq matçında dubl etməsi haqda danışıb.
BAKU.WS SportTV-yə istinadən xəbər verir ki, Ronaldo futbol meydanlarında keçirdiyi hər andan həzz aldığını bildirib: "Qol vurmaq həmişə xoşdur. Bilirəm ki, fytbolçu karyeramın yekunlaşmağına elə də çox müddət qalmayıb. 35 yaşımdan sonra futbol oynamaq daha çox həzz verir. Bu xüsusi bir hissdir. Mənim 39 yaşım var və mən hər ilimdən zövq alıram. Qolllar vurmaq DNT-min bir hissəsidir. Milli komandaya olan sevgim isə əbədidir. Portuqaliya yığması ilə titul qazanmaq? Bunun arzusu ilə yaşayıram".
Qeyd edək ki, İrlandiya yığmasına qarşı oyun Ronaldo üçün 1226-cı olub. Bu isə dünya rekordudur. Futbol üzrə Avro Çempionatı isə 14 iyundan 14 iyuladək Almaniyada keçiriləcək.
BAKU.WS