Uşaq nəşrlərinin vəziyyəti kifayət qədər problemlidir - deputat
Azərbaycanda uşaq ədəbiyyatı və uşaq nəşrlərinin vəziyyəti problemlidir. Bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin elm və təhsil komitəsinin iclasında çıxışı zamanı bildirib. “Ölkədə uşaq ədəbiyyatının, o cümlədən uşaq nəşrlərinin vəziyyəti kifayət qədər problemlidir. Söhbət yalnız dərsliklərin dilindən deyil, ümumilikdə Azərbaycan dilinin tətbiqi ilə bağlı problemlərdən gedir”, - Mirzəbəyli deyib. O, məsələlərin bir-biri ilə əlaqəli olduğunu bildirərək, parlamentin aidiyyəti komitələrinin birgə ictimai dinləmələr keçirməsini təklif edib. “Komitəmizin bu prosesdə iştirakı ilə yanaşı, digər komitələrlə birgə ictimai dinləmələrin keçirilməsini vacib hesab edirəm”, - deputat bildirib. Gülnar Nazimqızı
Mənbə: anews.az