Image

Media hazır fikirlərin arxasınca sürünür - deputat

Azərbaycanda peşəkar media məzmununun azalması və keyfiyyətsiz xəbərlərin geniş yayılması ilə bağlı ictimai dinləmə keçirilməlidir. Bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin elm və təhsil komitəsinin iclasında çıxışı zamanı bildirib. “Hazırda media nümayəndələrini ən çox narahat edən məsələlərdən biri peşəkar məzmunun sıradan çıxmasıdır. Süzgəcdən keçirilməyən, cəfəngiyat xarakterli xəbərlər geniş yayılır. Medianın forması dəyişir, lakin təəssüf ki, məzmunu da dəyişir”, - Mirzəbəyli deyib. Onun sözlərinə görə, informasiya bolluğu fikir kasadlığına gətirib çıxarıb. “Xəbər bolluğu artır, amma bu bolluğun içərisində fikir qısırlığı yaranır. Media və jurnalistika artıq fikir istehsal etmir, hazır istehsal olunmuş fikrin arxasınca sürünür”, - deputat bildirib. Mirzəbəyli “Media haqqında” qanun və əlaqəli qanunlar müzakirə olunarkən jurnalistlərlə bağlı bir sıra təkliflərin səsləndirildiyini xatırladaraq, bu mövzunun yenidən gündəmə gətirilməsini vacib sayıb. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti