Elnur Əliyev məktəblərdə davamiyyətlə bağlı direktorlara müraciət edib
Məktəblərdə davamiyyətin izlənməsi istiqamətində az da olsa geriləmə müşahidə edilib.
Bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev təhsil işçilərinin sentyabr konfransında deyib.
O, bu baxımdan məktəb direktorlarına məsələyə xüsusi diqqət yetirmələrini tövsiyə edib.
Əliyev həmçinin qeyd edib ki, məktəblərdə şagirdlərin punktuallığının təşkili ilə bağlı da müəyyən nöqsanlar var:
"Burada həm şagirdlərin səhər dərsə vaxtında gəlməsi, həm də zəngdən sonra növbəti dərsə vaxtında daxil olması nəzərdə tutulur. Bu punktuallıq mədəniyyəti gələcəkdə həmin insanların həyata qədəm qoyduqdan sonra iş həyatına da vacib təsir edir".
Mənbə: anews.az