Deputat ali təhsil haqqında qanuna dəyişiklik edilməsini təklif edib
Azərbaycanda ali təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün “Ali təhsil haqqında” qanuna dəyişiklik edilməlidir. Bunu deputat Fariz İsmayılzadə Milli Məclisin elm və təhsil komitəsinin iclasımda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dəyişikliklər hazırlanarkən dünyada baş verən trendlər, eləcə də süni intellektin yaratdığı imkanlar və risklər nəzərə alınmalıdır.
İsmayılzadə həmçinin mütəxəssis hazırlığının yenidən nəzərdən keçirilməsini və aktuallığını itirən bəzi ixtisasların tədrisdən çıxarılması ilə bağlı müzakirələr aparılmasını təklif edib.
Gülnar Nazimqızı
Mənbə: anews.az