Metronun “Neftçilər” stansiyasının yaxınlığında dönərxanada yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən dönərxanada başlayan yanğın söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***13:30
"Neftçilər” metrosu yaxınlığında dönərxana yanır.
BAKU.WS xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
Hadisə yerindən görüntüləri təqdim edirik:
BAKU.WS