Qurban Qurbanov yeni baş məşqçinin təyinatının rəsmiləşdirildiyi iclasa niyə qatılmayıb?
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasına qatılmamasının səbəbi bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə icraçı vitse-prezidenti Sərxan Hacıyev Oxu.az saytının sualını cavablandırarkən bildirib.
O bildirib ki, 52 yaşlı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun təyinatının rəsmiləşdiyi iclasa öz xahişi ilə qatılmayıb:
"O, öz xahişi ilə iclasda olmadı. Q.Qurbanov əvvəllər milliyə baş məşqçilik etdiyi üçün bu məsələnin həssaslığını nəzərə alaraq iştirak etmək istəmədi. Biz də bunu müsbət qarşıladıq".
BAKU.WS