Bakı çimərliyində xırda balıq ölüləri sahilə çıxdı - FOTO/VİDEO
Paytaxtın Hövsan çimərliyi ərazisində xırda balıq ölüləri sahilə çıxıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, sahildə yüzlərlə belə xırda balıq ölüsünə rast gəlmək mümkündür. Baş verən hadisə çimərlikdə xoşagəlməz mənzərə yaranmasına səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik:
BAKU.WS