Pərəstişkarları ilə görüşmək üçün Argentinaya getdilər
"Kiraz Mevsimi" serialında rol alarkən sevgili olan və 2022-ci ildə evlənən aktrisa Özge Gürel və həyat yoldaşı, həmkarı Serkan Çayoğlu pərəstişkarları ilə görüşmək üçün Argentinaya səfər ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məşhur cütlük Türkiyədən 13 min kilometr uzaqlıqda Buenos Ayresə gedib.
İki uğurlu aktyor şənbə günü Latın Amerikasının müxtəlif bölgələrindən olan pərəstişkarları ilə görüşəcək və onlarla söhbət edəcəklər.
Qeyd edək ki, cütlük 2014-də sevgili olub. Toyları isə 2022-ci ilin avqustun 13-də İtaliyanın Verona şəhərində baş tutub.
BAKU.WS