Image

26 yaşlı futbolçu dünyasını dəyişdi - FOTO

Monteneqro millisinin və İngiltərənin “Millwall” komandasının qapıçısı Matiya Sarkiç 26 yaşında dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə “Millwall” klubu açıqlama yayıb.

“Millwall-da hər kəs bu kədərli anda Matiyanın ailəsinə və dostlarına başsağlığı verir. Klub əlavə şərh verməyəcək və Matiya ailəsinin məxfiliyinə hörmət edilməsini xahiş edir”, - komandanın açıqlamasında deyilir.

Qeyd edək ki, Sarkiç 2023-cü ildən "Millwall"da çıxış edir. Başa çatan çempionat mövsümündə o, 32 oyun keçirib və klubu 13-cü yeri tutub.

BAKU.WS

Xəbər lenti