Image

AVRO-2024: İsveçrə millisi fasiləyə 2-0-lıq üstünlüklə yollandı - YENİLƏNİB

AVRO-2024-ün I turunun növbəti görüşləri çərçivəsində baş tutan Macarıstan - İsveçrə matçında hesab 0-2 olub.

BAKU.WS xəbər verir ki, İsveçrə millisi futbolçusu Aebischerin 45-ci dəqiqədə vurduğu qolla hesabı artırıb. Komandalar bu hesabla fasiləyə yollanıblar.

***17:22

AVRO-2024-ün I turunun növbəti görüşləri çərçivəsində baş tutan Macarıstan və İsveçrə oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, İsveçrə millisi Kvadvo Duanın 14-cü dəqiqədə vurduğu qolla hesabda önə keçib.

***17:16

Futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

BAKU.WS xəbər verir ki, A qrupunun ikinci oyunu Köln şəhərində yerləşən “Reyn Enerqi” stadionunda, saat 17:00-da start götürüb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

BAKU.WS

Xəbər lenti