Image

Azərbaycanda qeydiyyatda olan vərəm xəstələrinin sayı 6% artıb

Azərbaycanda qeydiyyatda olan aktiv vərəm xəstələrinin sayı 2025-ci ildə hər 100,000 nəfərə 67.2 nəfər təşkil edərək əvvəlki illə müqayisədə 6% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilinəb. Bu göstərici 2024-cü ildə hər 100,000 nəfərə 63.4 nəfər olub. Eyni zamanda, ilk dəfə vərəm diaqnozu qoyulanların sayı 2024-cü ildəki hər 100,000 nəfərə 25.6 nəfərdən 2025-ci ildə 21.4 nəfərə düşüb. Bu, illik müqayisədə 16.4% azalma deməkdir. Qeydiyyatda olan xəstələrin sayı 2010-cu ildə hər 100,000 nəfərə 138.7 nəfər olduğu halda, 2025-ci ildə 67.2 nəfərə enib və 15 il ərzində 51.5% azalıb. İlk dəfə vərəm diaqnozu qoyulanların göstəricisi isə eyni dövrdə hər 100,000 nəfərə 53.7 nəfərdən 21.4 nəfərə düşərək 60.1% azalıb. Qeydiyyatda olan aktiv vərəm xəstələrinin göstəricisi 2022-ci ildə 62.6 nəfərə endikdən sonra 2023-cü ildə 65.5 nəfərə yüksəlib, 2024-cü ildə 63.4 nəfərə düşüb və 2025-ci ildə yenidən artıb. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq