Image

Serbiya millisinin baş məşqçisi: İngiltərə yığmasına qarşı cəsarətli oyun sərgilədik

Rəqib çox yaxşı və güclü komandadır. Lakin biz cəsarətli oyun sərgilədik.

“Report” xəbər verir ki, bunu Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç AVRO-2024-ün qrup mərhələsinin I turunda İngiltərə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Mütəxəssis futbolçuları ilə qürur duyduğunu bildirib: “Məğlubiyyətə layiq deyildik. Sloveniya ilə növbəti görüşdə əlimizdən gələni edəcəyik. Bu qarşılaşmada qalib gəlməliyik”.

BAKU.WS

Xəbər lenti