Azərbaycan millisinin olimpiadada oyunlarının təqvimi bəlli oldu
Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında mübarizə aparacaq 3x3 basketbol üzrə Azərbaycan millisinin matçlarının təqvimi bəlli olub.
Gundem.az-ın məlumatına görə, yığma ilk qarşılaşmasında İspaniya kollektivi ilə üz-üzə gələcək.
30 iyul saat 23:00 İspaniya - AZƏRBAYCAN
31 iyul saat 23:30 ABŞ - Azərbaycan
1 avqust saat 14:30 AZƏRBAYCAN - Fransa
1 avqust saat 20:30 Almaniya - AZƏRBAYCAN
2 avqust saat 11:30 Avstraliya - AZƏRBAYCAN
2 avqust saat 19:30 Çin - AZƏRBAYCAN
3 avqust saat 19:30 Kanada - Azərbaycan
Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki sıranı tutmuş millilər yarımfinala vəsiqə əldə edəcəklər. 3-cü, 4-cü, 5-ci və 6-cı pilləni tutmuş yığmalar isə, pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək, yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.