Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Bu gün Bakının Suraxanı və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, qaz xəttinin yerinin dəyişdirilməsi və “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin qaz təchizatı dayandırılacaq.
Qaradağ rayonunun Vulkan ərazisində isə qaz təchizatında fasilənin saat 11:00-dan 13:00-dək olması gözlənilir.
Mənbə: anews.az