“Beşiktaş” Rafa Silva transferini açıqladı - FOTO
Türkiyə Super Liqa komandalarından olan "Beşiktaş" Rafa Silva ilə 3 illik müqavilə imzalandığını İctimai Məlumat Platformasına (KAP) bildirib.
BAKU.WS xəbər verir ki, KAP-ın bəyanatı belədir:
Peşəkar Futbolçu Rafael Alexandre Fernandes Ferreira da Silvanın transferi ilə bağlı, oyunçu ilə 2024-cü il iyulun 1-dən qüvvəyə minən 2026-2027-ci il mövsümünün sonuna qədər 3 illik müqavilə imzalanıb.
Oyunçuya hər mövsüm üçün 6.000.000 avro zəmanətli qonorar ödəniləcək.
31 yaşlı portuqaliyalı futbolçu 2023-2024 mövsümündə 52 matçda 22 qol vurub, 15 məhsuldar ötürmə edib.
BAKU.WS