Rusiyada güclü zəlzələ oldu
Rusiyanın Kamçatka yarımadasında 6.1 bal gücündə zəlzələ baş verib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. "Zəlzələnin maqnitudası 6.1, dərinliyi 95 kilometr olub", - məlumatda bildirilir. Qeyd olunur ki, zəlzələnin episentri Ust-Kamçatskdan 69 kilometr məsafədə yerləşib. BAKU.WSMənbə: baku.ws