Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2030-cu ilədək 82%-ə çatacağı gözlənilir
Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda payının 2030-cu ilədək 82%-ə çatacağı proqnozlaşdırılır. Bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında çıxışı zamanı bildirib.
O bildirib ki, 2027–2030-cu illərdə bu sektorda orta illik artımın 4,4%, ümumi iqtisadi artımın isə 3,3% olacağı gözlənilir.
Onun sözlərinə görə, 2027-ci ildə iqtisadi artımın 2,7% olacağı proqnozlaşdırılır.
Bayramov qeyd edib ki, qarşıdakı dövrdə əsas vəzifələr özəl investisiyaların artırılması, strateji layihələrin sürətləndirilməsi və qeyri-neft-qaz ixracının genişləndirilməsidir.
O, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri boyunca logistika və emal klasterlərinin formalaşdırılmasını, 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının və “Böyük Qayıdış”a dair II Dövlət Proqramının icrasını prioritet istiqamətlər kimi göstərib.
Mənbə: anews.az