Image

ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,7%, 2027-ci ildə isə 5,4% təşkil edəcəyini proqnozlaşdırıb.

ING əvvəlki qiymətləndirmələrlə müqayisədə 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını dəyişməyib.

Bankın analitikləri 2026-cı ilin IV rübündə orta illik inflyasiyanın 5,7% olacağını gözləyirlər. Əvvəlki proqnoz 5,8% təşkil edirdi.

2027-ci ilin I və II rüblərində inflyasiyanın 5,5%, III və IV rüblərində isə 5,4% səviyyəsində olacağı proqnozlaşdırılır.

ING həmçinin, Azərbaycanda 2028-ci il üzrə orta illik inflyasiya proqnozunu 0,7 faiz bəndi artıraraq 6%-ə çatdırıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib.

Mənbə: anews.az

Xəbər lenti

Adanada zəlzələ olub

Paşinyan Makronla görüşüb