2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
2026-cı ilin aprel–iyununda Azərbaycanda 570 mindən çox video İcma Qaydalarını pozduğuna görə silinib. Bu barədə Tiktok hesabayında bildirilib.
Silinən videoların 99,6%-i istifadəçi şikayətləri daxil olmamışdan əvvəl platforma tərəfindən proaktiv şəkildə aşkarlanaraq silinib
İcma Qaydalarını pozan videoların 93,2%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Platformanın qaydalarını pozan 188 milyondan çox video silinib
Kontentin 99,5%-i istifadəçi şikayətləri daxil olmamışdan əvvəl silinib. Bu, platforma tarixində indiyədək qeydə alınan ən yüksək göstəricidir;
Kontentin 92,7%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
2026-cı ilin ikinci rübündə dünya üzrə silinən videoların 97,4%-i süni intellekt texnologiyalarından istifadə edən avtomatlaşdırılmış sistemlər vasitəsilə silinib.
Bununla yanaşı, 6,2 milyarddan çox süni şəkildə artırılmış bəyənmə, 2,7 milyard saxta izləyici və saxta hesablardan paylaşılmış 190 milyon şərh silinib. TikTok, həmçinin izləyicilərin sayını süni şəkildə artırmağa yönəlmiş 7,5 milyarddan çox cəhdin qarşısını alıb.
Mənbə: anews.az