Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
2025-ci ildə piylənmə diaqnozu ilk dəfə qoyulan oğlanların 62,8 faizi, qızların isə 53,1 faizi 0-13 yaşlarında olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2025-ci il 18 yaşadək 1 087 uşaqda ilk dəfə piylənmə aşkarlanıb. Onların 525-i qız, 562-si oğlan olub.
0-13 yaş qrupundakı uşaqların 55,9 faizini oğlanlar, 44,1 faizini qızlar təşkil edib.
14-17 yaş qrupunda ilk dəfə piylənmə aşkarlanan qızların payı 46,9 faiz, oğlanların payı isə 37,2 faiz olub.
2025-ci ildə 18 yaşadək uşaqlar arasında hər 100 000 nəfərə 43 yeni hal qeydə alınıb. 2026-cı ilin əvvəlinə xəstəliklə qeydiyyatda olan uşaqların sayı hər 100 000 nəfərə 56 olub.
Mənbə: anews.az