Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin yanvar-oktyabrıda Azərbaycanda 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər istehsalı 0,9% azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9% artıb.
Yanvar-oktyabrda neft-qaz sektorunda 35 milyard 229,1 milyon manat, qeyri-neft-qaz sektorunda isə 80 milyard 701,4 milyon manatlıq əlavə dəyər istehsal olunub.
Beləliklə, ÜDM-in 30,4%-i neft-qaz, 69,6%-i isə qeyri-neft-qaz sektorunun payına düşüb.
Mənbə: anews.az