58 yaşlı jurnalistin ölümündən əvvəl yıxıldığı görüntülər yayıldı
58 yaşında vəfat edən rusiyalı aparıcı-jurnalist və musiqi tənqidçisi Sergey Sosedovun ölümündən əvvəl son görüntüləri yayıldı.
BAKU.WS xəbər verir ki, kadrlarda Sosedovun pilləkənlə yavaş-yavaş yuxarı qalxdığı, bir anlıq dayandığı, daha sonra qəfil arxaya yıxılaraq başını pillələrə vurduğu əks olunub.
Bundan əvvəl 58 yaşlı tənqidçinin qalxarkən sürüşdüyü və ya büdrədiyi ehtimal edilirdi.
Hadisə nəticəsində Sosedovun ölümünün rəsmi səbəbi kimi beyinə qansızma göstərilib.
Qeyd edək ki, TASS-ın məlumata əsasən, o sentyabrın 24-də Yakutiyada tədbirdə iştirak edərkən vəfat edib.
Sözügedən görüntüləri təqdim edirik:

Mənbə: baku.ws