Gəncədə evdə iki nəfərin meyiti tapılıb
Gəncədə evdə iki kişinin meyiti aşkarlanıb.
"Report" xəbər verir ki, hadisə Heydər Əliyev prospekti, 20 ünvanında qeydə alınıb.
İlkin ehtimala görə, hər iki şəxs dəm qazından zəhərlənərək ölüb.
Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Ölən şəxslərin kimliyi müəyyənləşdirilir.
Mənbə: anews.az