Image

Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı çoxtərəfli danışıqların növbəti raundu gələn həftə keçiriləcək.

Bunu ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

Kuşnerin sözlərinə görə, tərəflər bütün məsələləri ətraflı müzakirə ediblər və bu müzakirələr gələn həftə keçiriləcək çoxtərəfli danışıqlara, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan söhbətə təsir göstərəcək.

Daha əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Vaşinqton və Moskvanın danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəldiyini açıqlamışdı. Onun sözlərinə görə, görüşdə Avropa nümayəndələri də iştirak edəcəklər.

Mənbə: anews.az

Xəbər lenti