İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Yunanıstanın Baş naziri Kiriakos Miçotakislə görüşüb.
Görüşdə Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri müzakirə olunub.
Söhbət zamanı Azərbaycanın Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu və bu sahəyə verdiyi töhfələr vurğulanıb. Bu kontekstdə Trans-Adriatik Boru Kəmərinin (TAP) əhəmiyyətinə toxunulub.
Görüşdə Azərbaycanın Avropaya, xüsusilə də qaz ixracını artırmaq üçün əlavə imkanlarının olduğu bildirilib. Bu məqsədlə Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi qeyd edilib.
Mənbə: anews.az