Image

Bakıda bu yol bir neçə saat bağlı olacaq

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7,6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Gundem.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, məhdudiyyət sabah saat 07:00-dan başlayaraq bir neçə saat qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Xəbər lenti