Əhaliyə XƏBƏRDARLIQ - 10:00-dan etibarən...
Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz tənzimləyicinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 05.06.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan Gundem.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci massivin bir hissəsinin, 28 May, D.Bünyadzadə küçələrinin və "Neftçi" MTK-nın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.