Diqqət: 6 və 7 iyunda qurban kəsə bilməyənlər... - QMİ
Qurban bayramının iyunun 6 və 7-də keçirilməsi nəzərdə tutulsa da, insanlar qurbanlarını iyunun 8-də də kəsə bilər.
Gundem.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
“Dövlət səviyyəsində iki gün rəsmi bayram günü elan olunsa da da, şəriət baxımından insanlar qurbanlarını üç gün ərzində kəsə bilər. Sadəcə bayram namazı birinci gün qılınır və üç gün qılmağa ehtiyac yoxdur”, - deyə ilahiyyatçı bildirib.
Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq, iyunun 9-u qeyri-iş günü olacaq. Həmçinin iyunun 8-i bazar gününə təsadüf etdiyindən ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.