Bu qan qrupundan olan insanlara pis xəbər
Yaponiyalı mütəxəssislər müəyyən edib ki, ağcaqanadlar ən çox 0 qan qrupuna malik insanlara hücum edir və bu insanlar digərləri ilə müqayisədə ikiqat risk altındadır.
Gundem.az xəbər verir ki, Zərərvericilərlə Mübarizə İnstitutunun araşdırmasına görə A qan qrupu olan şəxslər daha az, B qan qrupu olanlar isə orta səviyyədə risk altındadır. Dişi ağcaqanadlar qurban seçərkən insanın bədənindən yayılan kimyəvi maddələrə əsaslanır.
Florida Universitetinin entomoloqu Conatan Dey bildirib ki, ağcaqanadlar üçün ən güclü cəlbedici amil karbon qazıdır. Metabolizması sürətli olan insanlar daha çox karbon qazı ifraz etdiyindən, onlar ağcaqanadlar üçün daha cazibədar olur. Bu həşəratlar karbon qazını 60 metr məsafədən hiss edə bilir.
Tədqiqatda o da qeyd olunub ki, bədən istiliyi, idman zamanı yaranan laktik turşu, dərialtı qan damarlarının görünməsi və hətta geyim rəngi də ağcaqanadların seçimində rol oynayır. Qara və tünd rəngli paltar geyinənlər isə daha çox hədəfə çevrilir.