Uşaqlar qarşılıqlı razılıq əsasında dini tərbiyə olunacaqlar
Azərbaycanda müzakirə edilən “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi valideynlərin (və ya onları əvəz edən şəxslərin) qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə etməsini nəzərdə tutur.
Layihəyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır.
Sənəddə vurğulanır ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.
Uşağın dini etiqad azadlığına yalnız qanunla müəyyən edilmiş hallarda — ictimai təhlükəsizliyin, ictimai qaydanın, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə məhdudiyyətlər qoyula bilər.
Qanun layihəsində qeyd olunur ki, hər bir uşağın vicdan azadlığı var və hər kəs uşağın vicdan azadlığına hörmət etməlidir.
Gülnar Nazimqızı