Image

İsrail ordusu Qəzzada "Nuxba" xüsusi təyinatlı bölməsinin 4 komandirini öldürüb

İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağının Əl-Şati bölgəsinə endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın “Nuxba” xüsusi bölməsinin bir bölük komandiri və üç taqım komandirinin öldürüldüyünü bildirib.Bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Ordunun məlumatına görə, zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının Beyt-Lahiya taborunda xidmət edən dörd “Nuxba” komandiri öldürülüb.

Onların Məhəmməd Həmdi Əhməd Əl-Məsri, Səməd Samir Hərb Əbu Həbəl, Məhəmməd Əttar və Məhəmməd Fəthi Hüseyn Naser olduğu bildirilib.

IDF-in açıqlamasına görə, Əl-Məsri bölük komandiri, digər üç nəfər isə taqım komandiri olub. Ordu onların İsrail hərbçilərinə qarşı hücumların hazırlanması və həyata keçirilməsində iştirak etdiyini bildirib.

Mənbə: anews.az

Xəbər lenti