Image

Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla bu ilin sonunadək görüşməyi planlaşdırdığını bildirib.Bu barədə "Fox News" telekanalı məlumat yayıb.

"Bu ilin sonunda Kim Çen Inla görüşməyi planlaşdırıram. Onun 57 ədəd çox güclü nüvə silahı var. Bunun baş verməsinə imkan verilməməli idi, lakin artıq bu silahlara sahibdir. Mən Kim Çen Inı çox yaxşı tanıyıram", - Tramp bildirib.

Tramp daha əvvəl köməkçilərinə Kim Çen Inla danışıqların təşkil olunması ilə bağlı göstəriş verdiyini deyib.

Mənbə: anews.az

Xəbər lenti