Image

Masazır, Zabrat,Saraya metro çəkilməsi 2030-cu ildə müzakirə ediləcək - nazir müavini

Paytaxtın Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müavini Rəhman Hümmətov məlumat verib.

Onun sözlərinə görə, hazırkı mərhələdə əsas prioritet şəhər mərkəzindəki metro stansiyalarının yükünün azaldılmasıdır. Hazırda mərkəzi stansiyalar rolunu əsasən “28 May” və “Sahil” stansiyaları daşıyır və digər istiqamətlərdən gələn sərnişin axınının böyük hissəsi bu stansiyalarda cəmləşir.

Keçid stansiyalarının inşası ilkin mərhələdə nəzərdə tutulub. Məqsəd şəbəkəni şaxələndirmək və sərnişinlərə mərkəzə alternativ marşrutlar təqdim etməkdir.

"2030-cu ilədək Nizami, Sahil və Xətai stansiyaları üçün keçid stansiyaları inşa olunacaq, bu da mərkəzi stansiyalardakı sıxlığın azalmasına xidmət edəcək. Şəhər ətrafı metro xətlərinin uzadılması isə növbəti mərhələlərdə gündəmə gətiriləcək", - nazir müavini bildirib. 

Aytac Zeynalova 

Xəbər lenti