Image

Avstriya Kansleri İsrailə səfər edəcək

Avstriya Kansleri Kristian Ştoker növbəti həftə İsrailə ikigünlük səfər edəcək.Bu barədə "The Times of Israel" nəşri mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ştoker İsrailə bazar günü axşam yola düşəcək. Bazar ertəsi o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək, həmçinin Prezident İsxak Hersoqla danışıqlar aparacaq.

Kansler, həmçinin "Yad Vaşem" Holokost memorial kompleksini ziyarət edəcək.

Kansler səfərinin ikinci günündə ikili İsrail və Avstriya vətəndaşlığına malik olan azad edilmiş girov Tal Şoxamla birgə ölkənin cənubunda yerləşən Nir-Oz kibbutzuna gedəcək.

Xəbər lenti