Image

Dünya Bankı dağıdıcı zəlzələ ilə bağlı Kolumbiyaya 200 milyon dollar ayırıb

Dünya Bankı avqustun 10-da baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Kolumbiyaya 200 milyon dollar ayırıb.

Reuters agentliyi xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Vəsaitin zəlzələdən zərər çəkmiş icmalara və müəssisələrə, o cümlədən səhiyyə və mənzil sektorlarına, həmçinin kiçik və orta sahibkarlığa dəstək məqsədilə istifadə olunması nəzərdə tutulur.

Avqustun 10-da Kolumbiyanın qərbində 7,4 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət nəticəsində yaşayış binaları, məktəblər və xəstəxanalar dağılıb və ya zərər görüb.

Rəsmilərin son məlumatına görə, zəlzələ nəticəsində 285 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb, təxminən 400 nəfər isə itkin düşüb.

Mənbə: anews.az

Xəbər lenti

Qubada zəlzələ olub

Prezident fərman imzalayıb

Sabah 37 dərəcə isti olacaq