Rubio: Uitkoff və Kuşner Ukrayna ilə bağlı növbəti danışıqlarda iştirak etməyəcəklər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner Rusiya‑Ukrayna münaqişəsinin həlli üzrə növbəti danışıqlarda iştirak etməyəcəklər.Bunu ABŞ Dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələrdə bildirib.
O, ABŞ-nin sonrakı danışıqlarda iştirakını istisna etməyib. Rubionun sözlərinə görə, hazırda Moskva və Kiyev arasında razılıq əldə olunmayan yeganə məsələ ərazi iddialarıdır. O, bu mövzunu "çox mürəkkəb" adlandıraraq tərəflərin onun həlli üzərində çalışdıqlarını qeyd edib.