Əhalinin DİQQƏTİNƏ - Saat 16:00-da qasırğa...
Yanvarın 28-də Yer kürəsində maqnit qasırğasının baş vermə ehtimalı 56 faiz təşkil edir. Zəif geomaqnit dalğalanmalarının ehtimalı isə 30 faizdir.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və REA-nın Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında yerləşdirilən məlumatda bildirilir.
Proqnozlara əsasən, Yer maqnit sahəsində pozuntular Moskva vaxtı ilə təxminən saat 16:00-dan etibarən başlaya bilər. Qeyd olunur ki, geomaqnit aktivliyin artması Günəşdə müşahidə edilən koronal dəliyin təsiri ilə əlaqəlidir.
Daha əvvəl də yanvarın 28-də bu səbəbdən geomaqnit aktivliyin yüksələcəyi barədə xəbərdarlıq edilmişdi.