Image

Əsəd Suriyaya ekstradisiya ediləcək? - Lavrov cavab verdi

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Rusiyadan Suriyaya ekstradisiyası məsələsi artıq uzun müddətdir müzakirə olunmur.

BAKU.WS xəbər verir ki, o, bu barədə Türkiyə mediasına verdiyi müsahibədə danışıb.

Lavrov Suriyada keçid dövrü hakimiyyətinin Əsədin ekstradisiyası ilə bağlı tələbləri barədə sualı cavablandıraraq qeyd edib ki, Rusiya tərəfdaşları onun ölkəni tərk etməsinin bütün şərtlərindən xəbərdar olublar.

Nazir vurğulayıb ki, Moskva keçmiş Suriya prezidentinə mümkün fiziki təhlükə fonunda yalnız humanitar səbəblərlə sığınacaq verib.

"Daxili siyasi həyatımıza diqqət yetirsəniz, görərsiniz ki, Bəşər Əsəd Suriyadakı proseslərdə heç bir rol oynamır", - deyə rusiyalı nazir qeyd edib.

Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov da Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın hazırkı lideri Əhməd əş-Şəraa arasında 28 yanvar tarixində Moskvada keçirilən danışıqlarda Əsədin ekstradisiyası məsələsinin müzakirə olunmadığını demişdi.

Xəbər lenti