Image

Aİ SEPAH-ı terror təşkilatı kimi tanıyıb

Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial media hesabında məlumat yayıb.

Diplomat qeyd edib ki, Aİ xarici işlər nazirləri bu qətiyyətli addımla SEPAH-ın statusunu beynəlxalq terrorçu qruplaşmalarla bərabərləşdiriblər:

“Bu qərar rəsmi Tehranın son dövrlərdə nümayişçilərə qarşı tətbiq etdiyi amansız repressiyalara və regionda sabitliyi pozan fəaliyyətlərinə birbaşa cavabdır”.

Sözügedən qərarla SEPAH-ın Avropadakı aktivlərinin dondurulması və qurumla hər hansı maliyyə-iqtisadi əlaqələrin qurulmasının qadağan edilməsi nəzərdə tutulur. Bu, Avropa Birliyinin Tehrana qarşı son illərdə atdığı ən sərt hüquqi addım hesab olunur.

Xəbər lenti