Image

“Bakı Marafonu 2026” başa çatıb - Yenilənib

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.

   

Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Qeyd edək ki, bu il Bakı Marafonu ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.

 

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”ya start verilib.

“Küləyə qalib gəl” şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib.

Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışır.

Sayca doqquzuncu dəfə keçirilən “Bakı Marafonu” ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatacaqlar.

 

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb